2021-ci ildə Naxçıvanda 1 milyard 69 milyon manatdan çox sənaye məhsulu istehsal olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov özəl sektorun inkişafında və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasında sənayenin mühüm yer tutduğunu bildirib.

Ali Məclisinin Sədri deyib: “Muxtar respublika iqtisadiyyatında aparıcı sahələrdən biri kimi sənayenin inkişafına və infrastrukturun yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib, Duzdağda yeni şaxta istifadəyə verilib, müasir istehsal müəssisəsinin qurulması davam etdirilibdir. Görülən işlərin nəticəsidir ki, 2021-ci ildə istehsal olunan sənaye məhsulunun həcmi artaraq 1 milyard 69 milyon manatdan çox olubdur ki, bunun da 92 faizi qeyri-dövlət sektorunun payına düşübdür”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: