Bu il muxtar respublikadakı soyuducu anbarlara 8713 ton meyvə-tərəvəz tədarük olunub

A- A A+

 NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında iqtisadiyyat naziri Tapdıq Əliyev məlumat verib.

Nazir vurğulayıb ki, cari ildə 1436 tonu “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən olmaqla soyuducu anbarlara, ümumilikdə 8713 ton meyvə-tərəvəz məhsulları tədarük olunub.

“Cari ildə muxtar respublikada ümumi tutumu 1820 ton olan 6 soyuducu anbarın, o cümlədən “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit vəsaiti hesabına ümumi tutumu 800 ton olan yeni soyuducu anbarın yaradılması başa çatdırılıb, 1 soyuducu anbarın yaradılması davam etdirilib”,- deyə bildirən  nazir  vurğulayıb ki, mövsüm ərzində əhalini təzə meyvə-tərəvəzlə təmin etməyə imkan verən soyuducu anbarların gücündən tam istifadə olunub.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: