2021-ci ildə muxtar respublikada məhsul istehsalçıları 7 min tondan artıq mineral gübrə ilə təmin olunub

A- A A+

Toxumçuluq inkişaf etdirilmədən əkinçilikdə uğur qazanmaq mümkün deyil. Ona görə də muxtar respublikada torpaq mülkiyyətçilərinin məhsuldar və yerli iqlim şəraitinə uyğun toxumlarla təminatı sahəsində ardıcıl tədbirlər görülür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə  dekabrın 29-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında  məruzə edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  bildirib.

2021-ci il iyulun 15-də “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin yaradılmasının muxtar respublikada toxuma olan tələbatın yerli istehsal hesabına ödənilməsində və bu sahədə dövlət nəzarətinin gücləndirilməsində mühüm əhəmiyyətə malik olduğunu bildirən Ali Məclisin Sədri deyib:  Kənd təsərrüfatının davamlı inkişafı torpaq mülkiyyətçilərinin və fermerlərin müasir kənd təsərrüfatı texnika və texnoloji avadanlıqları ilə təminatını zəruri edir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2021-ci ildə 327 müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınıb, 346 texnika lizinq və nağd yolla satılıb, məhsul istehsalçıları 7 min tondan artıq mineral gübrə ilə təmin olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: