AZAL Bakı-Almatı aviareyslərini ləğv edib

A- A A+

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir. Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.

AZAL-ın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.

Qeyd edək ki, Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: