Ötən il muxtar respublikada sahibkarlara 7 milyon 744 min manat güzəştli kredit verilib - VİDEO

A- A A+

Muxtar respublika iqtisadiyyatında özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın rolu böyükdür. Buna görə də son illər ailə təsərrüfatları inkişaf etdirilir, onların kiçik biznes subyektinə çevrilməsi məqsədilə dəstəkləyici tədbirlər həyata keçirilir. Bu da sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Bunun nəticəsidir ki, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 1665 layihənin maliyyələşdirilməsinə 176 milyon 483 min manatdan çox güzəştli kredit verilib. Ötən il də sahibkarlar kreditlərdən yararlanıblar.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
                                       

Adilə Səfərova
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: