Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,4 dollar artaraq 92,89 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il oktyabrın 9-da 92 dollardan baha (92,84) satılıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti yanvarın 20-də (92,49) qeydə alınmışdı.