İstanbulda əlverişsiz hava şəraiti (güclü qar) səbəbindən “Azərbaycan Hava Yolları”nın (AZAL) İstanbul-Bakı reysi gecikir.
AZAL-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hazırda reysin sərnişinləri sərnişin terminalının daxilindədir, qida və alkoqolsuz içki ilə təmin olunacaqlar. İstanbul hava limanının icazəsi olan kimi təyyarə İstanbuldan yola düşəcək.
Qeyd edək ki, “Türk Hava Yolları” şirkəti də hava şəraiti ilə əlaqədar bu günə nəzərdə tutulan İstanbul-Bakı (TK334) və Bakı-İstanbul (TK335) reyslərini ləğv edib.