"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-İstanbul-Bakı (J2 077/078) axşam reysi İstanbulda yağan güclü qar səbəbindən ləğv edilib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə aviaşirkətdən bildirilib.
Məlumatda vurğulanıb ki, ləğv edilmiş reysin sərnişinləri sabah səhər reysinin (J2 075/076) sərnişinləri ilə birlikdə geniş füzelyajlı təyyarə ilə yola düşəcəklər.
Qeyd edək ki, qarın yağması səbəbindən İstanbul hava limanı istiqamətində nəqliyyatın hərəkəti ciddi şəkildə çətinləşib.