Ordubad gəncləri “Maliyyə məktəbi” layihəsinə qoşulublar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin birgə  təşkilatçılığı ilə “Gələcək üçün maliyyə” mövzusunda təlim keçirilib. Keçirilən təlimdə Ordubad rayonundan olan 30 gənc iştirak edib.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Nurlan Səfərli, Gənclər və İdman Nazirliyin əməkdaşı Valeh Mahmudov və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova çıxış edərək təlimin məqsəd və əhəmiyyəti barədə danışıblar. Qeyd edilib ki, təlimlər sayəsində gənclər istehlak və qənaət vərdişləri qazanır, düzgün iqtisadi plan qurulması və maliyyə qərarlarının verilməsi haqda məlumatlanır, ümumilikdə maliyyə sahəsi ilə bağlı bilik, bacarıq, baxış və davranışlarını təkmilləşdirmək imkanı əldə edirlər. 

Sonra Maliyyə Tədris Mərkəzinin təlimçisi İbrahim Şərifov tərəfindən “Pulun formalaşması və yeni nəsil valyuta”, “Büdcə nədir?”, “Büdcənin düzgün şəkildə idarə edilməsi”, “Şəxsi pul vəsaitlərinin planlı şəkildə istifadəsi”, “Yığım və investisiyanın əhəmiyyəti” və digər mövzular haqqında ətraflı məlumat verilib, təlimlə bağlı hazırlanmış suallar əsasında  intellektual yarış keçirilib. İlk üç yeri tutan komandalar və üzvləri təşkilatçılar tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: