Kəlbəcərə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı konseptual layihələr hazırlanıb. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova bildirib.
Nazir müşaviri qeyd edib ki, Bərdə-Ağdam dəmir yolu xəttinin birinci hissəsi üzrə işlərə başlanıb, ikinci hissəsinin layihələndirilməsi işləri aparılır.
Bundan əlavə, Füzuli-Şuşa və Horadiz-Ağbənd dəmir yolu xətləri də layihələndirilir.