"Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu ilə bağlı müsbət məqamlar var".
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib.
"Azərbaycan və Ermənistan dəmir yolu ilə bağlı qarşılıqlı anlaşmaya malikdir. Bundan başqa, hazırda ekspertiza işləri aparılır, nəticələrini növbəti iclaslarda məruzə edəcəyəm”, - o bildirib.
M.Qriqoryan vurğulayıb ki, hazırda bu istiqamətdə konkret işlər görülür, dəmir yolunun Ermənistandan keçən hissəsində tikinti aparılır.
Xatırladaq ki, dəmir yolu qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun olaraq, qarşılıqlı şəkildə fəaliyyət göstərəcək. Dəmir yolunun uzunluğu təqribən 340 km olacaq, bunun da 45 km-i Ermənistan ərazisindən keçəcək.