Yeni marşrutlarla Şuşa və Ağdama daşınan sərnişinlərin sayı açıqlanıb

A- A A+

Bu günə qədər Şuşa və Ağdam istiqamətində 8 reys həyata keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, bu günə qədər Şuşa və Ağdam şəhərinin hərəsinə 4 reys həyata keçirilib.

Bakı→Şuşa→Bakı istiqamətində 47 (1 reys), Əhmədbəyli→Şuşa→Əhmədbəyli 69 (3 reys), Bakı→Ağdam→Bakı 67 (2 reys), Bərdə→Ağdam→Bərdə 76 (2 reys) sərnişin daşınıb.

Qeyd edək ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə verilib. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı - Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılır.

Bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: