Kolinda Qrabar-Kitaroviç: Xorvatiya Azərbaycanın reallaşdırdığı qaz boru kəməri layihəsində iştirak etmək istəyir
Xorvatiya Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində iştirak etmək istəyir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri sentyabrın 6-da Zaqrebdə Xorvatiyanın Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
“Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcəkdir. Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak edək. Bildiyiniz kimi, Adriatik dənizinin sahilində bu layihə çərçivəsində boru kəməri çəkilir. Biz, həmçinin Xorvatiyanın Krk adasında maye qaz terminalının tikintisində maraqlıyıq. Bu, Azərbaycanın enerji bazarlarına çıxışını daha da genişləndirəcək”, - deyə Kolinda Qrabar-Kitaroviç bildirib.