“Yol hərəkəti haqqında” Qanunda dəyişikliklər ediləcək

A- A A+

Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələri birinci oxunuşda təsdiq edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma va parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanının icrası ilə əlaqədar nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması məqsədilə “Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmənin təkmilləşdirilməsi və bu sahədə olan bəzi cərimələrin artırılması təklif olunur.

Layihə hazırlanarkən bu sahədə beynəlxalq təcrübə nəzərə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: