Naxçıvanda 13 sahibkara güzəştli kreditlər verildi

A- A A+

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə görüş keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 13 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib.

Qeyd olunub ki, bu kreditlər salfetka və araq məhsullarının istehsalı xətlərinin, Avtomobil Xidmət Mərkəzinin yaradılması, mebel istehsalı sahəsinin genişləndirilməsi, meyvə araqlarının, sirkə və çaxır emalı sahələrinin yaradılması, süd məhsullarının emalı və müxtəlif yeyinti məhsullarının qablaşdırılması, göbələk istehsalı, meyvə qurusu, damazlıq ana arı yetişdirmə təsərrüfatının yaradılması, eləcə də maldarlıq, bağçılıq təsərrüfatlarının yaradılması və heyvandarlıq təsərrüfatının genişləndirilməsinə sərf olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: