“Caspian Energy USA”ya baş icraçı direktor təyin olunub

A- A A+

Elqar Bağırov “Caspian Energy USA”nın baş icraçı direktoru vəzifəsinə təyin edilib.

Bu barədə NUHÇIXAN-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, “Caspian Energy USA” “Caspian American Club”, “Caspian European Club”, “Caspian Asia Club” və “Caspian Energy International Media Group”un ABŞ ərazisində maraqlarını təmsil edəcək və layihələrini həyata keçirəcək: “E.Bağırov fəal şəkildə “Caspian European Club”un işində iştirak edir, həmçinin “Caspian European Club”un tərkibinə daxil olan SME (SMALL & MEDIUM ENTREPRISES) COMMITTEE-yə uğurla rəhbərlik edir”.

E.Bağırov Azərbaycanın özəl sektoru ilə ABŞ arasında ticari-iqtisadi əlaqələrin inkişafına kömək göstərəcəyini, həmçinin Amerika şirkətlərinin Xəzər-Qara dəniz regionuna, Xəzər-Qara dəniz regionu şirkətlərinin isə ABŞ-a cəlb olunmasına yardım edəcəyini deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: