Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,16 dollar azalaraq 99,14 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il sentyabrın 18-də 99 dollardan (99,54) baha satılıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 5-də (99,30) qeydə alınmışdı.