İtaliya Rusiya qazından asılılığını azaltmalıdır. Bu baxımdan hakimiyyət alternativ təchizatçı kimi Əlcəzair, Azərbaycan və Türkmənistana diqqət yetirməlidir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu "la Repubblica" qəzetinə müsahibəsində İtaliya XİN rəhbərinin müavini Manlio Di Stefano deyib.
"Biz orta və uzunmüddətli perspektivlər, bərpa olunan enerji mənbələri haqqında düşünməliyik. qısamüddətli perspektivi nəzərdən qaçıra bilmərik və ən etibarlı tərəfdaşlarla işləməliyik", - deyə nazir müavini bildirib.
Manlio Di Stefano əlavə edib ki, Əlcəzair belə bir tərəfdaş ola bilər. Bundan əlavə, o, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) enerji mənbələrinin şaxələndirilməsi üçün əhəmiyyətini xatırladıb, çünki Azərbaycan qazı onun vasitəsilə nəql olunur.