Azərbaycan məhsulları “Gulfood 2022” sərgisində - FOTOLAR

A- A A+

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2022” beynəlxalq ərzaq sərgisi öz işinə başlayıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın 15 şirkətinin meyvə şirələri, təbii mineral sular, çay, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və sair “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir. Beş gün davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: