Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dubay şəhərində keçirilən “Gulfood 2022” beynəlxalq ərzaq sərgisində Azərbaycan məhsullarının nümayiş olunduğu stendi ziyarət edib.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, R.T.Ərdoğan Azərbaycanla yanaşı Türkiyə və BƏƏ stendlərini də gəzib.
Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkəti meyvə şirələri, təbii mineral suları, çay, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.
5 gün davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaq.