Azərbaycana məxsus Ro-Pax tipli gəmi “ən yaxşı bərə gəmisi” seçilib

A- A A+

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu" MMC-də inşa edilmiş Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi "Baird Maritime"nin təşkil etdiyi 2021- ci ilin ən yaxşı gəmiləri siyahısında “ən yaxşı bərə gəmisi” kimi yer alıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Xatırladaq ki, ötən ilin mart ayında istismara verilən bu gəmi yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyük olmaqla, 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/Tır daşımaq imkanına malikdir.

Gəmi yük lifti, helikopter meydançası, dalğalı havada tarazlama sistemi ( fin stabilizer) və iki ədəd dartıcı lokomotivlə də təchiz olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: