“Microsoft” Naxçıvanda vebinar təşkil edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə “Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyi tərəfindən nazirlik aparatı və onun struktur bölmələrinin aidiyyəti əməkdaşlarına “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik”, “Köhnə tətbiqlərin və proqramların müasirləşdirilməsi” və “Əşyaların interneti və ağıllı qurğuların tətbiqi” mövzusunda vebinar keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimalıyev vurğulayıb ki, muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarının yaxşılaşdırılması, mobil rabitə xidmətinin əhatə dairəsinin genişləndirilməsi diqqətdə saxlanılır.

Vebinarda “Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, Amerika Ticarət Palatasının Rəqəmsal Texnologiyalar və İnnovasiyalar komitəsinin sədri, Azərbaycan Sahibkarlar Konfedarasiyasının İnnovasiyalar və Rəqəmsal Həllər komissiyasının üzvü Qaçay Mirzəyev dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqindən bəhs edib.

Təlim iştirakçılarına informasiya-kommunikasiya texnologiyalarının yaratdığı kiber risklərin minimallaşdırılması, mümkün kibertəhdidlərin vaxtında aşkarlanması və qabaqlayıcı tədbirlərin görülməsi, sistemlərin, şəbəkələrin və proqram təminatlarının rəqəmsal hücumlardan qorunması və yaranan təhlükələr zamanı ən müasir kibertəhlükəsizlik tətbiqlərindən istifadə barədə ətraflı məlumat verilib.

Vebinarda, həmçinin “Microsoft”un  istifadəyə verdiyi mobil qurğular və veb  üzərində çalışan bir sıra “ağıllı” qurğuların tətbiqi, köhnə tətbiqlər və o cümlədən əşyaların interneti barədə danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Microsoft” korporasiyası ilə birgə keçiriləcək tədbirlər çərçivəsində 21 fevralda Naxçıvan Dövlət Texniki Kollecində, 25 fevralda isə Naxçıvan Dövlət Universitetində analoji vebinarların  davam etdirilməsi nəzərdə tutulur.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: