“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan Xəbərlər” bülleteninin ilk nömrəsi nəşr olunub - FOTOLAR
“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı bir neçə sahəni özündə birləşdirərək respublikamızın iqtisadiyyatında özünəməxsus inkişaf yolu keçib və bu yolla da irəliləməyə davam edir. Holdinqin son illər ərzində qazandığı uğur və nailiyyətlər “Cahan Xəbərlər” bülletenində öz əksini tapıb. “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bülleten bundan sonra ildə 6 dəfə olmaqla, 2 aydan bir dərc olunacaq və orada “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının iqtisadi və ictimai fəaliyyəti barədə ətraflı məlumatlar yer alacaq.
Qeyd edək ki, bülletenin növbəti saylarında da "Cahan Holdinq"in ölkə iqtisadiyyatında oynadığı rol, verdiyi töhfələr və bu yolda həyata keçirilən yeni layihələr, tədbirlər, əməkdaşlıqlar, yeniliklər, qazanılan uğurlar, həmçinin gələcək planlar haqqında məlumatların dərc olunması nəzərdə tutulub.