Sirab kəndindəki süd emalı müəssisəsi fəaliyyətini yenidən bərpa edib - VİDEO

A- A A+

Muxtar respublikada kənd təsərrüfatına göstərilən dövlət dəstəyi aqrar sahədə sahibkarlığın inkişafına geniş imkanlar açıb. Hazırda muxtar respublikada aqrar sahədə məhsul istehsalının 100 faizə yaxını özəl mülkiyyətə əsaslanır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək rayonunun Sirab kəndində 2013-cü ildən fəaliyyət göstərən “İlham” MMC-nin süd emalı müəssisəsi 2014-cü ildən fəaliyyətini dayandırsa da, dövlətimizin sahibkarlara və özəl bölməyə göstərdiyi diqqət və qayğı sayəsində kreditlərdən yararlanaraq fəaliyyətini yenidən bərpa edib. 8 nəfərin işlə təmin olunduğu müəssisədə südün pasterilizə edilməsi, buxar vasitəsilə hazır vəziyyətə gətirilməsi üçün müasir avadanlıqlar quraşdırılıb, lazımi şərait yaradılıb. Burada “Teymuroğulları” əmtəə nişanı ilə qatıq, ayran, dovğa və xama istehsal olunur.

Yaxın günlərdə müəssisədə yeni qablaşdırmada pendir, kəsmik, şor, kərə istehsal olunaraq bazara çıxarılacaq. Bazara gigiyenik və ekoloji cəhətdən təmiz məhsul çıxarmaq üçün burada südün və istehsal olunan digər məhsulların yağlılığına, keyfiyyətinə və tərkibinə də nəzarət edilir.

Qeyd edək ki, müəssisəyə məhsulların daşınması üçün soyuducu ilə təmin olunan “Fiat” markalı avtomobil də alınıb.

                                                                                                        Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: