Yeni Duz İstehsalı Müəssisəsi “Sənaye ili”nə mühüm töhfə olacaq - VİDEO
Diyarımızın əsas brendlərindən sayılan Naxçıvan duzunun ixrac imkanları hər ötən il daha da genişləndirilir. Həm süfrələrin bəzəyi kimi, həm də müalicəvi əhəmiyyəti ilə ad qazanmış bu brendin daha keyfiyyətlə istehsal edilməsi və ixrac imkanlarının genişləndirilməsi məqsədilə mühüm addımlar atılır. Hazırda tikintisi yekunlaşdırılan yeni Duz İstehsalı Müəssisəsi də bu addımlardan biri kimi daha geniş istehsal imkanları ilə “Sənaye ili”nə mühüm töhfə olacaq.
Naxçıvan Televiziyasının əməkdaşları illik 15 min ton duz istehsalını nəzərdə tutan yeni müəssisə haqqında videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir: