Ötən il dünyanın 14-dən çox ölkəsinə Naxçıvan məhsulları ixrac olunub - VİDEO

A- A A+

Muxtar respublikada sahibkarlığın inkişafı qarşıya qoyulmuş iqtisadi siyasətin əsas prioritetlərindəndir. Bu istiqamətdə görülən işlər həm də ixrac potensialının sürətlənməsinə səbəb  olub. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ötən il 14-dən çox  ölkəyə məhsul ixrac edilib.

Həmçinin dünyanın bir neçə ölkəsində təşkil olunan ümumilikdə 29 beynəlxalq tədbirdə Naxçıvandan 70 sahibkarlıq subyektinin 97 nümayəndəsi iştirak edib. Keçirilən belə  sərgilərdə  əcnəbilər Naxçıvanda istehsal edilən yüksəkkeyfiyyətli məhsullarla tanış olur, onların potensial alıcılarına çevrilirlər.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı süjet hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin süjeti təqdim edir:

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: