NDU müəllimlərinin elmi məqaləsi Ukraynada nəşr olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasının müdiri Əvəz Tağıyevin həmin kafedranın baş müəllimi Kifayət Hüseynova ilə birgə yazdığı “İdmançıların məşqetmə dərəcəsi, yorulma və bərpa proseslərinin sinir sistemi tərəfindən tənzimlənməsi” adlı elmi məqaləsi Ukraynada “Müasir dünyada mövcud elmi tədqiqatlar” adlı jurnalda dərc olunub. 

Məqalədə idmançıların məşqetmə dərəcəsindən, müntəzəm məşq prosesi zamanı orqanizmin yorulması və bərpasından bəhs edilir, ağır yarışlardan sonra yorulan idmançıların gərginliyini azaltmaq üçün əməl etdiyi qaydalar haqqında məlumat verilir. Həmçinin məqalədə idmançıların məşq zamanı diqqət etməli olduğu məqamlardan da söz açılıb, məşqçilərin bütün məşq boyu idmançıları nəzarətdə saxlamalı olduğu məsələlərə  aydınlıq gətirilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: