Azərbaycan neftinin qiyməti bahalaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,34 dollar artaraq 100,68 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 17-də (100,76) qeydə alınmışdı.