Muxtar respublikada 2022-ci ilin yanvar ayında 180 milyon 315 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 389,4 manata çatıb.