2022-ci ilin yanvar ayında 9 milyon 483 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 2339 ton, süd istehsalı 2121 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6 faiz, süd istehsalı isə 1,3 faiz artıb.