NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu ilə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək Bu günədək fond tərəfindən 200-dən artıq layihənin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti ilə qarşılıqlı əməkdaşlıq müqaviləsinin imzalanmasını da muxtar respublika gənclərinin bank sahəsində biliklərini artırmalarında mühüm rol oynayacaq.
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Əsədulla İsgəndərov gənclərin bankla birgə əməkdaşlığını yüksək qiymətləndirb. Vurğulanıb ki, Gənclər Fondu ilə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti gənclərin bankçılıqla tanışlığı, onların rəqəmsal bilik və bacarıqlarının artırılması, intellektual düşünmə qabiliyyətlərinin stimullaşdırılması, istedadlı gənclərin üzə çıxarılması, vaxtlarının səmərəli dayərləndirilməsi, gənclərin sosial aktivliyinin artırılması və təqaüd proqram üzrə birgə tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərəcəklər.
Sonda gəncləri maraqlandıran suallara aydınlıq gətirilib.
Ərhan Novruzov