“Buta Airways” fevralın 28-də Bakıdan Kiyevə olan aviareysini ləğv edib

A- A A+

“Buta Airways” aviaşirkətinin fevralın 28-də Bakıdan Kiyevə həyata keçirilməli olan uçuşu ləğv olunub.

Aviaşirkətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Buta Airways” Ukrayna hava məkanının bağlanması ilə əlaqədar fevralın 28-nə planlaşdırılan Bakı-Kiyev reysini ləğv edib.

Mövcud vəziyyətlə əlaqədar olaraq, ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: