Rublun manata qarşı məzənnəsi altıillik minimum səviyyəsində qalır

A- A A+

Bu gün Rusiya rublunun (RUB) Azərbaycan manatına (AZN) qarşı rəsmi məzənnəsi 0,0157 manat (1 manat/63,69 rubl) təşkil edib ki, bu da 2015-ci ilin dekabr ayının 18-dən bəri qeydə alınan ən aşağı göstəricidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səhər ticarəti zamanı Tokio birjasında rublun indeksi əvvəlcə 30%, daha sonra isə 40% səviyyəsində kəskin ucuzlaşıb.

Manatın ABŞ dollarına qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, rublun dollar qarşısında dəyərsizləşməsi AZN-RUB cütlüyündə də rublu kəskin endirib.

Rusiyanın valyutadəyişmə məntəqələrində fevralın 27-də dolların məzənnəsi 100-190 rubl arasında dəyişirdi. Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) rəsmi məzənnəsinə görə isə 1 dollar 83,5 rubla bərabər idi. Maliyyəçilər fevralın 28-də birjanın açılışında dolların 300 rubladək bahalaşacağını istisna etmir.

Qeyd edək ki, Rusiya Bankı Moskva Birjasında ticarəti Bakı vaxtı ilə saat 08:00-da deyil, 16:00-da başlamağı qərara alıb.

Xatırladaq ki, fevralın 28-də Avropa İttifaqı Rusiya Bankının ehtiyatlarının və aktivlərinin idarə olunması ilə bağlı əməliyyatları qadağan edib, Rusiya təyyarələri üçün hava məkanını isə tam bağlayıb. SWIFT şəbəkəsi ilə əlaqənin gözlənilən kəsilməsi isə rublun daha böyük itkilərinə səbəb olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: