"Zəngilan Hava Limanının tikinti işlərinin bu il tamamlanması planlaşdırılır".
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu AZAL-ın prezidenti Cahangir Əsgərov deyib.
O xatırladıb ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə ötən ilin may ayında başlanılıb:
"Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Tikinti işlərinin bu il tamamlanması planlaşdırılır".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 1-2-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə səfərdə olub.