“Brent” markalı neftin qiyməti 2013-cü ildən bəri ilk dəfə olaraq bir barel üçün 116 dolları keçib.
NUHÇIXAN İnformasiya Agentliyi “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ticarət platformasından bildirilib.
“Brent” markalı neftin may fyuçersləri 1,81 faiz artaraq bir barel üçün 116,63 dollara çatıb.
Qərbi Texas markalı neftin aprel fyuçersləri isə 2,8 faiz artaraq 113,70 dollar təşkil edib.