Rabitəçilər peşə kurslarına cəlb olunur - FOTOLAR

A- A A+

Rabitə idarələrində işləyən rabitəçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə ixtisasartırma kurslarına cəlbi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Culfa, Şahbuz və Kəngərli rayon rabitə idarələrinin müvafiq peşə ixtisasına malik olmayan əməkdaşları mart ayından etibarən Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilmiş “Kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru” ixtisası üzrə kurslara cəlb olunublar. Kursda müdavimlərə rabitə avadanlıqlarının əsasları, paylayıcı şkaf və kabel qurğularının montajı, elektrotexnika, əməyin mühafizəsi, peşə etikası  ilə də bağlı dərslər keçirilir. Bir ay davam edəcək kurslarda ilkin olaraq 17 müdavim iştirak edir. Kursun ikinci mərhələsində də tədrisə 17 rabitəçi cəlb olunacaq.

Qeyd edək ki, fevral ayında Ordubad Texniki Peşə və Sürücülük Məktəbində ixtisasartırma kurslarına cəlb olununan Ordubad Rayon Rabitə İdarəsinin 11 əməkdaşı da hazırda kursu davam etdirir.

Ümumilikdə, 2021-ci ilin müvafiq dövrlərində Naxçıvan şəhər, Şərur və Babək rayon rabitə idarələrindən olmaqla 57 nəfər peşə kurslarını bitirib.

Kursu müvəffəqiyyətlə başa vuran müdavimlər sertifikatla təmin olunacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: