Rusiya Azərbaycana uçuş üçün koronavirusla bağlı məhdudiyyətləri ləğv edib

A- A A+

Rusiya martın 9-dan Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana uçuşlar üçün koronavirusla (COVİD-19) bağlı məhdudiyyətləri aradan qaldırıb.

NUHÇIXAN İnformasiya Agentliyi Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) məlumat yayıb.

Məlumata görə, adı çəkilən ölkələr üzrə aviareyslər “Hava daşımalarına dair hökumətlərarası saziş"lər çərçivəsində həyata keçiriləcək.

Xatırladaq ki, Rusiya pandemiyaya görə 2020-ci ilin mart ayından bir sıra ölkələrə uçuşları məhdudlaşdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: