Novruzun gəlişi ilə əlaqədar ənənəvi bayram yarmarkaları təşkil olunur - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda bu il də  təşkil edilən bayram yarmarkasına 20 sənaye müəssisəsi, 181 ailə təsərrüfatı tərəfindən keyfiyyətli məhsullar çıxarılıb.

Yarmarkaya çıxarılan mövsümi səbzə-tərəvəz, ət və ət məhsulları, şirniyyat, mineral sular, meyvə araqları və şərablar, hinduşka, qaz, ördək,  toyuq əti, balıq, quru meyvələr, təbii şirələr və digər məhsullar çeşidi və keyfiyyəti ilə seçilir.

Martın 21-dək davam edəcək yarmarkada satıcılar rahat şəraitdən, alıcılar isə məhsulların bazar qiymətləri ilə müqayisədə daha ucuz olmasından məmnundurlar.

Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar yarmarkalar Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikamızın ayrı-ayrı bölgələrində də təşkil edilib.

Bu gün Babək və Culfa şəhərlərində təşkil olunan yarmarkalara istehsal müəssisələri və ailə təsərrüfatçıları tərəfindən yüzlərlə çeşiddə  məhsul çıxarılıb.                 

Yarmarkalar rayon əhalisinin də  bayram ərəfəsində kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınmasında mühüm rol oynayır.

 Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: