“Azərpoçt” bayram günlərində növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək

A- A A+

“Azərpoçt” MMC bayram günləri ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət edəcək.

MMC-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, martın 19-u və 26-da respublika üzrə bütün poçt şöbələri adi iş rejimində işləyəcək. Martın 20-si, 21-i, 27-də yalnız növbətçi poçt şöbələri fəaliyyət göstərəcək.

Mərkəzi Poçt Şöbəsi saat 09:00-18:00, 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi, 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri və regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00, 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri və 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00-da xidmət edəcək.

Martın 22-25-də isə qeyd edilən poçt şöbələri xidmət göstərəcək: 1 saylı poçt filialının 1, 3, 7, 8, 20, 21, 25, 33, 52, 63, 66, 108 saylı poçt şöbələri, 2 saylı poçt filialının 9, 17, 53, 54, 63, 73, 83, 111, 114, 117, 122 saylı poçt şöbələri, 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 129, 132, 133, 142, 149 poçt şöbələri və 4 saylı poçt filialının 39, 42, 45, 50, 77, 89, 90, 93 poçt şöbələri saat 10:00-17:00-da, 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri və 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi isə saat 09:00-17:00-da fəaliyyət göstərəcək.

İstehsalat zərurəti ilə əlaqədar olaraq 1 saylı Poçt Filialının 66 və 152 saylı poçt şöbələri adi iş rejimində işləyəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: