Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sənaye üzrə 184 milyon 82 min 600 manat dəyərində məhsul istehsal edilib. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.