Sərnişindaşımada mərkəzləşdirilmiş dispetçer xidmətindən istifadə ediləcək - FOTOLAR

A- A A+

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin birgə hazırladıqları mərkəzləşdirilmiş elektron dispetçer xidmətinin təqdimatı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  bu münasibətlə keçirilən tədbirdə Dövlət Nəqliyyat Xidmətinin direktoru Əli Hüseynəliyev muxtar respublika daxilində sərnişindaşıma xidməti sahəsində görülən işlərdən  bəhs edib. Qeyd edib ki, mərkəzləşdirilmiş elektron dispetçer xidmətinin yaradılması ilə həm sərnişinlərin, həm də sürücülərin rahatlığı və təhlükəsizliyi təmin ediləcək. Xidmətin qurulması üçün 2 kompüter dəsti ayrılıb, şəhərdaxili marşrut xətlərində dayanacaqlararası məsafələr ölçülərək dəqiqləşdirilib, marşrut xəritələri işlənərək yenilənib, marşrutda olan nəqliyyat vasitələrinə “Naxtel” GPS izləmə sistemi quraşdırılıb, sürücülərlə bu işin mahiyyəti barədə maarifləndirici söhbətlər aparılıb.

“Naxtel” MMC-nin direktoru Kamil Yusifov bildirib ki, “288 taksi xidməti”nin şəbəkə təminatı da məhz “Naxtel” MMC tərəfindən həyata keçirilir. Hazırda səs, SMS və data xidmətlərini əhatə edən mobil rabitə ilə yanaşı, GPS Monitorinq və toplu SMS xidmətləri də abunəçilərə və təşkilatlara xidmət göstərir. Yeni xidmət vasitəsilə marşrut xəttində istifadə olunan nəqliyyat vasitələrinə GPS nəzarəti “Naxtel”in GPS monitorinq sistemi vasitəsilə həyata keçiriləcək.

Sonra yeni yaradılan mərkəzləşdirilmiş elektron dispetçer xidməti barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan, türk, rus və ingilis dillərində xidmət göstərəcək yeni sistemdə yaradılan izləmə, tarixçə, hesabat, zonalar, istifadəçilər arasında keçid və digər bölmələrlə nəqliyyat vasitələrinə tam nəzarət ediləcək, hər hansı qayda pozuntusuna yol verən sürücülər barədə vaxtında tədbirlər görüləcək.   

Vurğulanıb ki, müasir tələblərə cavab verən proqram vasitəsilə ümumilikdə 58 avtobusun durma və sürmə qrafikinə, xətdə olduğu müddətdə hərəkət sürətinə nəzarət ediləcək.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: