AZAL: "Bakı-Moskva reysləri bərpa edilmir"

A- A A+

"Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın sonundan Bakıdan Rusiyanın paytaxtı Moskvaya reysləri bərpa edəcəyi ilə bağlı yerli mətbuatda, sosial şəbəkələrdə yayılmış məlumatlarla bağlı açıqlama yayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, aviaşirkət bəyan edib ki, bu məlumat həqiqətə uyğun deyil.

"Ölkənin aviadaşıyıcılarının reysləri yerinə yetirməsi haqqında etibarlı məlumatlar AZAL-ın rəsmi resurslarında yerləşdirilir", - deyə qurum bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: