Naxçıvanda iqtisadi və sosial sahələrə 9 milyard manata yaxın vəsait yönəldilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq iqtisadiyyatın və sosial sahənin ahəngdar fəaliyyəti üçün bütün sahələrdə infrastruktur yenilənib, əsas kapitala vəsait qoyuluşları artıb. Həyata keçirilən tədbirlərin davamı olaraq təkcə 2018-ci ilin yanvar-iyul aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 580 milyon manata yaxın  vəsait yönəldilib, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 dəfə çoxdur.

Ümumilikdə, 2008-ci ildən 2018-ci ilin avqustuna qədər muxtar respublikada iqtisadi və sosial sahələrə 8 milyard 500 milyon manatdan artıq vəsait yönəldilib. Vəsait qoyuluşlarının 7 milyard 654 milyon manatdan çoxu  və ya 89,9 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: