Alternativ və bərpa olunan enerji mənbələrindən düzgün istifadə olunması, yeni su, külək, günəş elektrik stansiyalarının yaradılması istehsalın həcmini artırır ki, bu da ümumi inkişafın və enerji təhlükəsizliyimizin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2021-ci ildə muxtar respublikada 444 milyon 804 min 6 kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bunun da 264 milyon 438 min 160 kilovat-saatı və ya 59,5 faizi istilik elektrik stansiyalarında, 129 milyon 570 min 936 kilovat-saatı və ya 29,1 faizi su elektrik stansiyalarında, 50 milyon 794 min 910 kilovat-saatı və ya 11,4 faizi isə günəş elektrik stansiyalarında istehsal edilib.