3 ay ərzində muxtar respublika üzrə 135 elektron imza sertifikatı verilib

A- A A+

Elektron hökumətin əsas atributlarından sayılan elektron imza muxtar respublikada da uğurla tətbiq edilməkdədir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni  Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2022-ci ilin birinci rübü ərzində muxtar respublikada 100 dövlət qurumu, 9 hüquqi şəxs, 19 sahibkar və 7-si vətəndaş olmaqla, ümumilikdə 135 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib.

Qeyd edək ki, elektron imzadan bütün vətəndaşlar, dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilər. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənəd əl imzası ilə imzalanan və möhürlənən sənədə bərabər tutulur. Elektron imza sertifikatının tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin bir sıra üstünlükləri vardır. Belə ki, vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsini və vətəndaş-hökumət arasında elektron informasiya münasibətlərini təmin edir.

İmzanı almaq üçün qanunvericiliklə müəyyən olunmuş sənədlər Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu dövlət qurumları üçün 58 AZN, hüquqi şəxslər üçün 72 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN təşkil edir və istifadə müddəti isə 3 ildir.

Elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları www.rabite.nmr.az saytı vasitəsilə əldə etmək olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: