NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 5 - də Naxçıvanda yeni kənd təsərrüfatı texnikaları və avadanlıqlarının təqdimatı olub. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib ki, 2006-cı ildən etibarən aqrolizinq sahəsində görülən işlərin nəticəsi olaraq muxtar respublikada 3000-ə yaxın texnika lizinqə verilib, həmin texnikaların 70 faizə yaxını dəyəri tam ödənilməklə sahibkarların şəxsi mülkiyyətinə keçirilib.