İsrailin “İsrair Airlines” və “Arkia” aviaşirkətlərinə də Bakıya müntəzəm reyslərin yerinə yetirilməsi üçün icazə verilib.
NUHÇIXAN İnformasiya Agentliyi "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir ki, bunu şirkətin prezidenti Cahangir Əsgərov bildirib.
O, bu barədə İsrailin turizm naziri Yoel Razvozovla görüşdə məlumat verib.