2021-ci ildə muxtar respublikada 970 hektara yaxın yeni torpaqlar əkin dövriyyəsinə daxil edilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 5 - də Naxçıvanda yeni kənd təsərrüfatı texnikaları və avadanlıqlarının təqdimatı olub. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək bildirib ki, 2021-ci ildə muxtar respublikada 970 hektara yaxın yeni torpaqlar əkin dövriyyəsinə daxil edilib. Bura həm meyvə bağları, həm də əkin sahələri aiddir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada torpaq mülkiyyətçiləri və fermerlərin sayı artır, bol məhsul istehsal edilir, bir çox məhsullar üzrə tələbat yerli istehsal hesabına ödənilir, əhali məşğulluğu təmin olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: