Avstriya səfirliyinin ticarət müşaviri Naxçıvana işgüzar səfər edib - FOTOLAR

A- A A+

Avstriya Respublikasının Azərbaycandakı Səfirliyinin Ticarət Müşaviri Georq Karabazcek və Avstriya İqtisadiyyat Palatasının Bakıdakı Nümayəndəliyinin Rəhbəri Sabir Məmmədov Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olublar.

NUHÇIXAN  İnformasiya Agentliyi xəbər verir ki, iki günlük  səfər çərçivəsində qonaqlar Naxçıvan Avtomobil Zavodunun istehsal imkanları ilə tanış olublar.

Səfərin ikinci günündə Ağbulaq İstirahət Mərkəzində olan qonaqlara məlumat verilib ki, son illər muxtar respublikada turizmin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilib, standartlara uyğun otellər, əyləncə mərkəzləri tikilib, müasir istirahət zonaları yaradılıb. Şahbuz rayonundakı Ağbulaq Xizək Mərkəzinin yaradılması  Naxçıvanda qış turizminin də inkişafını təmin edib. Bildirilib ki, mərkəz qış aylarında dağ-xizək, yay aylarında isə dağ turizmini seçənlərə xidmət göstərir.

Nümayəndə heyəti “Xan Sarayı” Tarix-Memarlıq, Möminə xatun və Açıq Səma Altında  Muzey Kompleksində də  olub.

Möminə xatun türbəsi ilə tanışlıq zamanı qeyd olunub ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan bu türbə 1186-cı ildə tikilib. Nəinki Azərbaycan, bütövlükdə Türk-İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən olan Möminə xatun türbəsi xalqımızın qadın adına və ülviyyətinə verdiyi yüksək dəyərin ifadəsidir. Həmçinin qonaqlara Açıq səma altında muzeyin eksponatları barədə də ətraflı məlumat  verilib.

Səfərin sonunda qonaqlar “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində olublar.

Avstriya Respublikasının Azərbaycandakı Səfirliyinin Ticarət Müşaviri Georq Karabazcek və Avstriya İqtisadiyyat Palatasının Bakıdakı Nümayəndəliyinin Rəhbəri Sabir Məmmədovun muxtar respublikaya səfəri başa çatb.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: