Ötən il Naxçıvanda infrastruktur quruculuğu istiqamətində əsas kapitala 1 milyard 62 milyon 165 min 800 manat vəsait yönəldilib

A- A A+

Naxçıvanda sosial-iqtisadi sahədə aparılan uğurlu işlər nəticəsində tarazlı inkişafa nail olunub, investisiya qoyuluşları bütün fəaliyyət istiqamətlərini əhatə edib. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 2021-ci ildə muxtar respublikada infrastruktur quruculuğu istiqamətində əsas kapitala 1 milyard 62 milyon 165 min 800 manat vəsait yönəldilib ki, bunun da 1 milyard 6 milyon 544 min 300 manatı və ya 94,8 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Aparılan işlər təsərrüfat həyatının bütün sahələrini əhatə edir. Ötən il muxtar respublikada 2944 şagird yerlik 10 məktəb binası, 10 kənd və 10 xidmət mərkəzi daxil olmaqla, 355 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 149 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib. 2021-ci ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 376 min 661 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: